İKT sahəsində biznesini yaratmaq istəyənlər üçün yeni imkan

30-12-2016 / 13:04

Biznes fəaliyyətində texnologiyanın daha geniş tətbiqi imkanlarını araşdırmaq məqsədilə işçi qrup yaradılacaq. Bu qrupun tərkibinə RYTN, yaradılması nəzərdə tutulan KOS agentliyi18, ticarət assosiasiyaları və zərurət yaranacağı təqdirdə, digər özəl təşkilatların nümayəndələri daxil olacaq.

Xeberler.az-ın məlumatına görə, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Məlumata görə,  qrupun iş planı, idarəetmə və əməliyyat modeli, fəaliyyətinin maliyyələşdirilməsi və büdcəsinin idarə edilməsi mexanizmi müəyyən ediləcək:

“ Azərbaycanda fəaliyyət göstərən müəssisələrin rəqəmsal mühitə çevik və effektiv keçidini təmin etmək üçün “rəqəmsal keçid planı”nın hazırlanması və yerli rəqəmsal infrastrukturun inkişaf etdirilməsi işçi qrupun əsas fəaliyyət istiqamətlərini təşkil edəcək. Bununla yanaşı, Azərbaycanda rəqəmsal texnologiyanı biznes fəaliyyətində uğurla tətbiq etmiş biznes subyektlərinin təcrübələrinin digər sahibkarlarla bölüşdürülməsi və bilik mübadiləsinə şərait yaradılması işçi qrupun fəaliyyət istiqamətlərinə daxil olacaq. İşçi qrup tərəfindən irəli sürülmüş planların və tədbirlərin tələb olunan səviyyədə həyata keçirilməsinə nəzarət etmək məqsədilə müvafiq indikatorlar hazırlanacaq və işçi qrupun fəaliyyətinə effektiv nəzarət üsulları tətbiq ediləcək”.

Qeyd edilir ki,  biznes subyektlərinin rəqəmsal mühitə keçidinin stimullaşdırılması Biznes subyektlərinin, xüsusilə də KOS subyektlərinin, rəqəmsal mühitə keçidi üzrə tədbirlərin tərkib hissəsi kimi, onların “B2B” (“business to business”) xidmət platformalarından daha çox istifadə etməsinin stimullaşdırılması böyük əhəmiyyət kəsb edəcək:

“İşçi qrup fəaliyyət sahələri üzrə rəqəmsal texnologiyanın tətbiqi zərurətini müəyyən etmək məqsədilə müxtəlif profilli müəssisələrdə müsahibələr və tədqiqatlar aparacaq və bu ehtiyacları qarşılayacaq həll yollarını (üsullarını) müəyyən edəcək. Bu üsulların müəyyənləşdirilməsi zamanı biznes subyektləri tərəfindən rəqəmsal texnologiyaların tətbiqinin səmərəliliyi, məqsədəuyğunluğu, sərfəliliyi və mümkünlüyü kimi meyarlar əsas götürüləcək. Aparılmış araşdırma və təhlillərin nəticələri əsas götürülməklə, işçi qrup biznes subyektləri üçün “rəqəmsal keçid planı” hazırlayacaq. “Rəqəmsal keçid planı” özündə şirkətlər tərəfindən tətbiqinin stimullaşdırılması nəzərdə tutulan texnologiyaların növlərini və bu stimulların formalarını əks etdirəcək. İşçi qrup “rəqəmsal keçid planı”nın icrası çərçivəsində KOS subyektlərində rəqəmsal texnologiyaların tətbiqinin faydaları haqqında məlumatlılığı artırmaq məqsədilə seminarlar təşkil edəcək. Bundan əlavə, işçi qrup yüksək texnologiyalar parkları ilə sıx əməkdaşlıq edərək, onların təcrübələrinin digər sahibkarlıq subyektlərində də tətbiqi imkanlarını dəyərləndirəcək”.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.