İKT sahəsində əldə olunan gəlirlərin həcmi 1,7 mlrd. manatı ötüb

17-01-2015 / 15:56

 Ötən il Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2% artaraq 1,7 mlrd. manatı ötüb.

 Xeberler.az APA-a istinadən məlumat verir ki, bunu bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

 Onun sözlərinə görə, İKT sektorunun ÜDM-də payı 1,9%, qeyri-neft sektorunda 3,2% təşkil edib: “Gəlirlərdə özəl sektorun payı  77%-dən 80%-ə yüksəlib. RYTN-in tabeli müəssisələri üzrə 108 yeni iş yeri açılıb, rabitəçilərin orta aylıq əmək haqqı isə 11,1% artaraq 388,7 manata çatdırılıb. Sektor üzrə orta aylıq əməkhaqqı 9,3% artaraq 733,5 manat (telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 835,6 manat, poçt sektorunda isə 240,9 manat) təşkil edib. (Ölkə üzrə orta aylıq əməkhaqqı 441,8 manat olub)

 Nazir bildirib ki, RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən maliyyə-iqtisadi göstəricilər üzrə proqnozların, büdcə və büdcədənkənar fondlar qarşısında öhdəliklərin icrası, investisiya proqnozlarının yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülüb: “Hesabat ilində 331,6 mln. manat gəlir əldə edilib. İnfrastrukturun modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi üçün RYTN üzrə 57,2 mln. manat, ümumilikdə sektor üzrə isə 142 mln. manat investisiya qoyulub”.

 Əli Abbasov deyib ki, investisiya layihələri çərçivəsində 33 yeni EATS istismara verilib, 54 ATS-də genişləndirmə işləri aparılıb və nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 23 317 nömrə artırılaraq 1 838 922 nömrəyə, əsas telefon aparatlarının sayı 18 264 nömrə artaraq 1 488 707 nömrəyə çatdırılıb: “1 238,2 km  (o cümlədən “Aztelekom” İB 808,1 km, BTRİB 171,8 km, “Azərkosmos” ASC 55,4 km, Naxçıvan MR RYTN 190 km) fiber-optik kabel çəkilib.
Həmçinin, sabit şəbəkə üzrə 97 571 ədəd ADSL portu quraşdırılıb və istifadəçilərin sayı 85 998 ədəd artıb. Hesabat ilində əvvəllər ADSL xidməti göstərilməyən respublikanın 44 rayonunun 98 ATS-ində 3376 ədəd port quraşdırılıb və ADSL xidmətinin göstərilməsi üçün imkan yaradılıb”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə