İKT sahəsində Strateji Yol Xəritəsi müzakirə edilib-Foto

14-04-2017 / 13:48

Dünən Binəqədi Rayon İcra Hakimiyyətində  “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda məlumat saatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak edib.

Məlumat saatının ilk hissəsində Azərbaycan Respublikası Prezidentinin qəbulları, görüşləri, səfərləri, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barəsində məlumat verilib. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda keçirilən məlumat saatının proqramı haqqında məlumat verib və bu cür mövzuların əhəmiyyətini diqqətə çatdırıb.

Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Strateji yol xəritəsi və onun məqsədləri, Telekommunikasiya və informasiya texnologiyaları üzrə mövcud vəziyyət, Telekommunikasiya bazarının formalaşdırılması və inkişafının təmin edilməsi, İKT üzrə strateji məqsədlərə nail olunması, Maliyyələşdirmə mexanizmləri mövzuları ətrafında çıxış edərək iştirakçılara məlumat verib.

Çıxışdan sonra məlumat saatı diskussiya şəkilində davam etdirildi. Məlumat saatı başa çatdıqdan sonra Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz RİH-nin Aparatının inzibati binası və şöbələri ilə ayrı-ayrılıqda tanış olmuş və qonağa şöbələr haqqında geniş məlumat verilib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə