İKT sahəsində təlimlər başlayır

02-10-2015 / 17:29

Təhsildə İnnovativ Texnologiyalar (İTE) növbəti təlimlərə start verib.

Xeberler.az bildirir ki, İntel gələcək üçün təhsil layihəsi üzrə sentyabrın 29-dan etibarən 12 gün ərzində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində təlimçilər üçün təlimlərə start verilib. 

Təlimdə 11 nəfər iştirak edir. Yeni X versiya Intel “Gələcək üçün Təhsil” layihəsi müasir təlim strategiyaları, qiymətləndirmə mexanizm və vasitələrinə dair biliklər aşılayır. 

Təlim nəticəsində iştirakçılar layihə metodikası ilə yaxından tanış olaraq İKT bacarıqlarından tədris mühitində səmərəli istifadə etməyi, Web 2.0 alətlər və müasir texnologiyalarla işləməyi öyrənməyə müvəffəq olacaqlar.

Təlimin məqsədi yeni təlimçilərin yetişməsi, təkmilləşməsi və seçilməsidir. Təlimin sonunda təlimçilərin seçilmə prosesi aparılacaq.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə