İKT sahəsinin gəlirləri 10 faiz artıb

27-07-2015 / 10:51

Bu ilin yanvar-iyun ayları dövründə Azərbaycanda əhali və təşkilatlara 771,8 milyon manat həcmində informasiya və rabitə xidmətləri göstərilib ki, bu da ötən ilin analoji göstəricisindən 10,7 faiz çoxdur.

Xəbərlər-in məlumatına əsasən, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin yarımillik hesabatında deyilir.

Hesabata əsasən, ümumi informasiya və rabitə xidmətlərindən əhaliyə göstərilmiş xidmətlər 72,5 faiz təşkil edir. Bununla yanaşı, əldə edilən gəlirlərin 55,1 faizi mobil rabitə xidmətinin payına düşür.

Azərbaycanda cari ilin yanvar-iyun aylarında mobil rabitə xidmətlərindən əldə olunan ümumi gəlirin həcmi 425,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 3,1 faiz azdır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.