İKT sektoru Azərbaycanda ən cəlbedici sahədir

20-08-2009 / 12:24

İnformasiya-kommunikasiya texnologiyaları sektoru Azərbaycanda iş düzəlmək üçün ən cəlbedici sahələrdən hesab olunur.

Xeberler.az bildirir ki, bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda informasiya texnologiyalarının inkişafı həm informasiya texnologiyaları sahəsindəki peşələrə, həm də İKT sahəsində çalışan şirkətlərdə idarəedici vəzifələrə böyük tələbat yaradıb.

Onun sözlərinə görə, 2009-cu il iyun ayının göstəricilərinə əsasən ölkədə orta əmək haqqının 297 manat olduğu bir halda İKT sektorunda analoji göstəricilər təqribən 1,5-2 dəfə çoxdur. Orta hesabla yüksək ixtisaslı mütəxəssislər ayda 1-2 min manat, orta ixtisaslılar isə təxminən 500-600 manat qazanır.

F.Kazımov qeyd edir ki, “Allianz Group” və GDG Professionals rekrutinq agentliklərindən verilən məlumatlar əsasında yaradılmış reytinqə əsasən işə düzəlmək üçün ən cəlbedici sektor məhz mobil rabitə sektoru, yəni Azercell, Azerfon və Bakcell şirkətləri hesab olunur.

Məlumatlara əsasən gənclər və yüksəkixtisaslı menecerlər arasında ən çox populyarlığı "Azerfon" şirkəti qazanıb. "Azerfon" şirkətinin işə düzəlmək üçün bu cür cəlbedici olmasını rekrutinq agentlikləri belə izah edir ki, orada karyera inkişafı üçün əla imkan, yüksək əmək haqqı və sosial paketlər mövcuddur.

İKT İnformasiya Mərkəzinin direktoru qeyd edir ki, mobil rabitə operatorlarına göstərilən bu maraq hazırkı dövrdə anlaşılandı. 90-cı illərdəki neft şirkətlərindən və 2000-ci illərin ilk yarısındakı bank sektorundan sonra mobil operatorlar işə düzəlmək üçün bir növ “növbəti dalğa” kimi görsənir, çunki onlar beynəlxalq korporativ standartlar əsasında qurulmuş və orada hərtərəfli inkişaf üçün bütün imkanlar mövcuddur. Ona görə də yüksək inkişaf templərini yaşayan və elə bu səbəbdən də yüksəkixtisaslı mütəxəssislərə daha çox ehtiyac duyan Azerfon kimi mobil operatorlar gənc və ali təhsilli mütəxəssislər üçün çox cəlbedicidir. Həmçinin nəzərə almaq lazımdır ki, "Vodafone" ilə tərəfdaşlıq müqaviləsini imzalayandan sonra "Azerfon" işə götürən şirkət kimi daha da populyar olub.

Nəzərə alanda ki, Azərbaycanın İT şirkətləri (proqram təminatı, kompüter avadanlığının satışı, provayderlər) faktiki olaraq kiçik və orta biznes subyektləridir və artıq sabitləşmiş işçi kollektivinə malikdir, orada karyera qurmaq çox çətin bir məsələdir. Bu cür şirkətlərdə daha çox yüksək səviyyəli mütəxəssislərə ehtiyac duyulur.

F.Kazımov həmçinin karyerasına yeni başlayanları nizamlı olmağa da çağırdı, çunki təcrübə onu göstərir ki, 60% hallarda gənc və ya orta səviyyəli mütəxəssisin istəkləri və bilikləri bir-birinə uyğun deyil. “Böyük arzular ilk öncə əla təcrübəyə və biliklərə əsaslanmalıdır. Məhz elə bu zaman İT-sahəsini təmsil edən AZEL, Azerfon, Azercell, Bakcell, BM Texnologiya SINAM, ULTRA kimi şirkətlər bu cür mütəxəssislərə ehtiyac duyacaq”, - deyə ekspert öz sözünü yekunlaşdırdı.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə