İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018 / 19:04

Strateji Yol Xəritəsinə görə, 2018-ci il uzun illərdir İKT sektorunda nəzərdə tutulan Müstəqil Tənzimləyici Qurumun (Milli Telekommunikasiya Şurasının- MTŞ) yaradılması üçün həlledici il olmalıdır. 

Lakin hazırda bununla bağlı hər hansı fəaliyyət nəzərə çarpmır.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz də Xeberler.az-a bildirib ki, üzvləri və sədri Prezident tərəfindən təyin olunacaq bu qurumun ciddi hüquqi sənədləri hazırlanmalıdır:

“Amma hələlik bu istiqamətdə real addımlar müşahidə olunmur. Bu məqsədlə İşçi Qrup yaradılmalıydı. Hardadır bu İşçi Qrup? Hansı işlərlə məşğuldur, hansı ölkələrin təcrübəsi araşdırılır? Bu haqda heç bir açıqlamalar verilmir".

Ekspert onu da xatırladıb ki, Strateji Yol Xəritəsin icrası ilə bağlı ötən il İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin apardığı monitorinqə görə ən pis vəziyyət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) olub:

“Bu il də həmin situasiya bizi gözləyirmi? Mərkəz tərəfindən bu istiqamətdə hansısa addımlar atılırmı? Ümid edirəm ki, bununla bağlı səlahiyyətli qurumlar, Prezident Administrasiyası, Nazirlər Kabineti və NRYTN açıqlamalar verəcək”.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.