İKT üzrə yeni Təlim Mərkəzi fəaliyyətə başlayıb

12-04-2018 / 11:07

İKT üzrə (proqramlaşdırma, verilənlər bazası və digər) bacarıqlar əldə etmək istəyən gənclər üçün daha bir Təlim Mərkəzi fəaliyyətə başlayıb.

Belə ki, yeni qurulan Matrix Training Center bu sahədə peşəkar təlimlər verməklə gənlər arasında bu sahəni populyarlaşdırmaq niyyətindədir.

Layihənin yaradıcıları isə gənc proqramçılar Hilal Həsənli və  Nigar Hacıbabyevadır.

 N. Hacıbabyeva layihə ilə bağlı Xeberler.az-a bildirib ki, Matrix maksimum qısa və effektiv şəkildə İKT üzrə təlimlərin tədris olunmasını təmin edən mərkəzidir .

Onun sözlərinə görə, komandada kişi təlimçilərlə yanaşı qadın təlimçilər də proqramlaşdırmanın tədris edilməsində yaxından iştirak edir.

Qeyd edək ki, Matrix Training Center təlimçilərinin 70% -ni proqramçı qadınlar təşkil etdiyi Azərbaycanda fəaliyyət göstərən ilk təlim mərkəzidir.

Kurslar beynəlxalq sertifikatlı təlimçilər tərəfindən tədris edilir .

Layihə rəhbəri bildirib ki, təlimlərdə iştirak üçün müraciət edən şəxslərdə üstünlük verilən əsas xüsusiyyət həqiqətən İKT sahəsini sevməsi və inkişafa meyilli olmasıdır:

“Məqsədimiz Azərbaycanda proqramçıların sayını artırmaq və gənclərin inkişaf etməsini təmin etməkdir. Komandamız həm də, təlimlərdə iştirak edən gənclərdən kurs ərzində fəaliyyəti ilə digərlərindən fərqlənən tələbələrin təcrübəçi və ya işçi olaraq müxtəlif şirkətlərə yönləndirilməsi üçün çalışır”.

Öyrənirik ki, Mərkəz Azərbaycanın tanınmış startap layihələri də əməkdaşlıq edir. Belə ki, kurs müddətində çalışqan və motivasiyalı, daim öz üzərində işləyən gənclər qeyd edilən startaplara yönləndirilir.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.