İKT xanımlar üçün regional konfrans keçiriləcək

18-10-2017 / 10:57

Noyabrın 5-də Azərbaycanda “ İKT Qızlar üçün II Regional Konfrans” keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və “Azərbaycan Qadını İKT-də - FEMMES DIGITALES (AWIC)” klubunun təşkilatçılığı ilə Qəbələdə  baş tutacaq.

Tədbirdə rəsmi hissədən sonra “STEP IT Academy Azerbaijan”nümayəndələri tərəfindən keçirilməsi nəzərdə tutulan bölmədə iştirakçılar robotların və digər avtomatlaşdırılmış test mexanizmlərinin yığımı ilə əyani şəkildə tanış olacaq.

Proqramın sonunda “İT sahəsində ən yaxşı startap” müsabiqəsinin keçirilməsi planlaşdırılır.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə