İlin əvvəlində 17,2 milyard mobil tətbiq yüklənilib

15-04-2016 / 15:37

Sensor Tower Google ilə Apple arasında rəqabətin və bazardakı oyun tətbiqlərinin son vəziyyətini göstərən yeni hesabat yayımlayıb.

Xeberler.az hesabata istinadən məlumat verir ki, 2016-cı ilin ilk rübündə mobil tətbiq mağazalarından toplam olaraq 17,2 milyard oyun  tətbiqi yüklənib.

Ötən il ilə nisbətən bu ilin ilk rübündə yükənilən  mobil tətbiqlərin sayı 8, 2 faiz artıb.

Hesabatda qeyd edilib ki, bu il də ən çox “Oyun” kateqoriyası üzrə yükləmələr olub.

2016-nın ilk rübündə  Apple App Store-dan 1,95 milyard, Google Play Store-dan isə 4,7 milyard oyun yüklənilib.

App Store-un oyun kateqoriyası yükləmə faizinə görə, ötən ilə  14 faiz böyüyüb. Bu faiz  Play Store-da yalnız 1 faiz artıb.

Mobil oyun bazarının illik bazar həcmi 34,8 milyarddır.

Hesabatda ilin ilk rübündə ən çox yüklənilən oyunlar aşağdakılardır:

 Piano Tiles 2

Candy Crush Jelly Saga

Color Switch

Clash Royale Subway Surfers

Traffic Rider

 Clash of Clans

Talking Tom

Candy Crush Saga

Temple Run 2

 Sevinc Əsədova 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.