İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010 / 17:01

 Azərbaycan regionlarında rəqəmli televiziya yayımına keçidin təmin olunması üçün «Teleradio» İstehsalat Birliyi rəqəmli TV yayımı və RRX (Radio-Rele Xətti) avadanlıqlarının alınıb quraşdırılması işlərinə başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, 2010-cu ilin sonunadək Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik istiqamətində olan analoq RRX-nin müasir rəqəmli RRX avadanlıqları ilə əvəz olunması işləri başa çatdırılacaq, həmçinin Lerikdə 1 200 Vt-lıq rəqəmli TV-vericinin quraşdırılması ilə Lerik və ətraf rayonlarda televiziya proqramlarının yüksək keyfiyyətli qəbulu mümkün olacaq.

Eyni zamanda Gəncədə rəqəmli TV-vericinin quraşdırılması ilə Gəncə və ətraf ərazilərdə rəqəmli TV yayımı təmin olunacaq.

mənbə: APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə