İlin Twitter-də ən çox izlənən məşhurları

11-12-2015 / 15:12

Twitter 2015-ci il üçün daha bir maraqla izlənilən mövzulardan birini açıqlayıb.

Belə ki, bu sosial mediada ən çox təqib edilən məşhurların adları şirkət tərəfindən ictimaiyyətə təqdim olunub.

Xeberler.az xarici mətbuata istinadən həmin məşhurları və onların həştəqlərini təqdim edir.

Twitter-də izləyici sayına görə siyahıda birinci yerdə qərarlaşan məşhur müğənni Katty Perry (@katyperry)-dir. Onun bu sosial şəbəkədə 78.3 milyon izləyicisi var.

Sosial mediada ən çox izlənilən ulduzlardan biri gənc qızların sevimlisi Justin Bieber (@justinbieber)-dir. 21 yaşlı məşhuru Twitter-də 70.5 milyon istifadəçi təqib edir.

Twitter-də istifadəçilər tərəfindən ən çox izlənilən populyar simalardan biri də müğənni-aktrisa Taylor Swift (@taylorswift13) –dir. 25 yaşlı ulduzu sosial şəbəkədə 66.7 milyon istifadəçi izləyir.

Twitter-də ən çox izlənilən məşhurlar təkcə şou-biznes aləminə məxsus deyil. Onların sırasında ABŞ prezidenti Barack Obama (@BarackObama) da var. Kreativliyi ilə gənclərin sevimlisinə çevrilən prezidentin sosial aləmdə 66.5 milyon izləyicisi var.

2015-ci ilin ən çox izlənilən məşhurları sırasında 27 yaşlı Hollivud ulduzu Rihanna (@rihanna)-nın adı var. Onu təkcə Twitter-də 53.1 milyon istifadəçi izləyir.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə