İlk ağıllı pul kisəsi təqdim olunub

23-07-2018 / 16:38

OraSaifu adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxış təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona oxşayan bu cihaza debet və kredit kartlarının məlumatlarını yükləmək olar. Alış-verişdən öncə sadəcə müvafiq kartı seçərək NFC təmassız texnologiyası üzrə ödəniş etmək lazımdır.

Xeberler.az mail.ru resursuna istinadən məlumat verir ki, OraSaifu pul kisələri bir-biri ilə işləyə bilir. Kiməsə pul göndərmək üçün kartı seçmək, məbləği qeyd etmək və bir pul kisəsini digərinə yaxınlaşdırmaq kifayətdir.

Belə ki, sözügedən cihaz 4 düym diaqonallı HD ekrana malikdir, çəkisi 65 qramdır. Daxili akkumulyator 1 həftəlik iş üçün kifayət edir, qurğu 1saat müddətində enerji toplayır.

Bundan başqa ağıllı pul kisəsi kriptovalyutanın saxlanılması üçün istifadə edilə bilər, bütün populyar layihələri dəstəkləyir.

Bildirək ki. ilkin sifariş üzrə pul kisəsinin qiyməti 119 dollar təşkil edir. İlk tədarük 2018-ci ilin oktyabrına planlaşdırılıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.