İlk canlı tatu yaradılıb

07-12-2017 / 15:39

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri bakteriyaların genetik cəhətdən modifikasiya olunmuş hüceyrələri vasitəsilə 3D-çapın müxtəlif stimullara reaksiya verən canlı tatuların yaradılması üçün yeni metod hazırlayıblar.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, son zamanlar elektron tatular və intellektual mürəkkəb texnologiyalar müxtəlif obyektlərin forma və ölçülərinin dəyişdirilməsi sahəsində böyük potensiala malik olduğunu göstərməkdədir.

Bundan başqa, bu texnologiyalardan daşınan sensor qurğularda və ya belə qurğuların idarə olunması tipinin əvəz edilməsi üçün istifadə etmək olar. Bir çox mühəndislərin müxtəlif həssas materiallarla təcrübə apardığı bir zamanda Massaçusets Texnologiya İnstitutunun alimləri bu texnologiyada canlı hüceyrələrdən istifadənin mümkün olub-olmaması məsələsini araşdırmağa başlayıblar.

İlk növbədə hansı üzvi hüceyrələrdən istifadə ediləcəyini müəyyən etmək lazım gəlib. Məlum olub ki, bakteriyaların güclü hüceyrə divarları ən yaxşı həlldir. Çünki onlar üçölçülü printerin ucluğunun gücünə tab gətirə bilər.

Yeni metodikanı yoxlamaq üçün elastomer qatda bakterial hüceyrələrin üçölçülü təsviri yaradılıb. Bu mürəkkəb tatu üçün eskiz çox sayda budaqları olan ağacdan ibarət olub. Budaqların hər biri müxtəlif kimyəvi stimullara reaksiya verməsi üçün yaradılıb. Nəticədə bakteriyalarla çap edilmiş ağacın hər bir budağı texnologiyanın imkanlarını müvəffəqiyyətlə nümayiş etdirib.

 Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.