İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

19-09-2018 / 10:40

Rəqəmsal Ticarət Qovşağının konfransında ilk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ilk dəfə olaraq qeyri-rezidentlərə elektron imza təqdim olunacaq.

Xeberler.az bildirir ki, oktyabr ayının 31-də artıq yeni formatda təqdim olunacaq Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında iştirak edəcək xarici qonaqlarla aparılan danışıqlar yekunlaşıb.

Konfransın əsas spikerlərindən olan Avropa Elektron Kimlik və Təhlükəsizlik Assosiasiyasının sədri Jon Şamah bildirib ki, təmsil etdiyi qurum Azərbaycan Rəqəmsal Ticarət Qovşağı ilə sıx bağlıdır. Onun sözlərinə görə, artıq görüləcək işlərlə bağlı ilkin layihə də hazırdır: “Avropa İttifaqı (Aİ) 28 üzvü, 23 milyon kiçik və orta müəssisəni, 400 milyon istehlakçı bazarını təmsil edir. Aİ vahid rəqəmsal
bazarda etibarlı əməliyyatlar üçün "bərabər sahə" təklif edən, bütün üzv dövlətlərə şamil edilən eIDAS Güvənlik xidmətləri qaydasını tətbiq edib. Bu sistem yalnız Aİ-ə üzv dövlətlər üçün hazırlanıb.

Bu təşkilatın Horizon 2020 layihəsi olan, FutureTrust isə, eIDAS və Aİ xaricindəki digər güvən sxemləri arasındakı boşluğu birləşdirməyə kömək edir. FutureTrust Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının eIDAS və digər güvən sxemləri arasında qlobal səviyyədə qarşılıqlı razılıq əldə etmək üçün əlverişli platforma olduğunu hesab edir.”

Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin “Azexport” portalının sıx əməkdaşlıq etdiyi “Alibaba”, “Amazon”, “e-bay” və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq.

Konfransda əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq. Eyni zamanda transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.