İlk noutbuk yaradıcılarından biri vəfat edib

29-08-2016 / 12:01

Dünyanın ilk noutbuk yaradıcılarından biri Con Allenbi avqustun 17-də ABŞ-da vəfat edib. 

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən bildirir  ki, 75 yaşında dünyasını dəyişən C.Allenbinin ölüm səbəbi hələ ki məlum deyil.

Böyük Britaniyada anadan olan C.Allenbi 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında Grid Systems şirkətini təsis edib. O, konstruktor Uilyam Moqqric ilə birlikdə ixtiraçılar qrupu yaradaraq 1982-ci ildə bazara çıxarılan ilk portativ Compass kompüterini hazırlayıb. Kompüterin ilk alıcıları kimi adi istehlakçılar deyil, ABŞ-ın xüsusi təyinatlı qoşunları və xüsusi xidmət orqanları çıxış edib.

Belə portativ kompüterlərdən biri 28 yanvar 1986-cı ildə uçuşun 73 saniyəsində partlayan Challenger kosmik gəmisinin göyərtəsində olub. Qəza yeddi ekipaj üzvünün həyatına son qoysa da, Compass möcüzə nəticəsində salamat qalıb. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə