İlk yeməli robot hazırlanıb

10-10-2017 / 11:42

İsveçrənin Lozanna şəhərində yerləşən Federal Politexnik Məktəbinin İntellektual sistemlər laboratoriyasının istehsalçıları gələcəkdə tibb sahəsində istifadənin mümkün olacağı ilk yeməli robot yaradıblar.

Artıq uzun illərdir ki, yumşaq robot texnikası həkim və mühəndislərin maraq dairəsindədir. Bu elastik qurğular kiçik əməliyyatların aparılması və ya dərmanların lazım olan orqana çatdırılmasında həkimlərə kömək edirlər. Sonra isə robotu pasiyentin orqanizmindən çıxartmaq və ya onun oradan özünün çıxmasına imkan vermək lazımdır. Lakin bu yanaşma geniş yayılmayıb. Artıq lazım olan məsələlərin icrasından sonra orqanizmdə həll olan yeməli robot daha effektiv üsul hesab olunur.

Xeberler.az ict.az-a  istinadən məlumat verir ki, yeməli qurğunun hazırlanması üçün jelatin və qliserindən istifadə olunub. İstehsalçılar bildirirlər ki, manipulyator və tənzimləyicilər, batareya və onun digər komponentləri daxil olmaqla, robotun bütün detalları tamamilə yeməlidir və orqanizm üçün təhlükəsizdir.

Alimlər hesab edirlər ki, gələcəkdə daha funksional və balaca robotlar hazırlaya biləcəklər. Bu robotun tamamilə həzm edilməsi və allergiyalara səbəb olmaması qurğunun komponentlərinin tərkibinə müxtəlif dərmanları və vitaminləri əlavə etməyi də mümkün edir.

Bununla belə, bu kimi robotları yemək hələ ki, mümkün deyil. İstehsalçıların sözlərinə görə, bu robotların dadı kifayət qədər xoşagəlməzdir. Zamanla çiyələk və ya qarpız dadına malik “yeməli” robotlar istehsal etməklə bu problemin həll olunması gözlənilir. Bu zaman onları satışa çıxarmaq mümkün olacaq.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.