İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015 / 21:42

"İnternetlə bağlı problem tamamilə həll olunub".

Xeberler.az Apa-ya istinadən məlumat verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri əvəzi, nazir müavini İltimas Məmmədov deyib.

"Alternativ kanallarımız hər zaman olub. Kanalda problem yox idi. Biz əlimizdən gələni edirik ki, bir daha belə hal baş verməsin. Avadanlıqların köçürülməsi prosesi bu axşam başa çatır. Hər şey yüksək səviyyədə olacaq", - deyə İltimas Məmmədov bildirib.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi Delta Telecom-un DATA Mərkəzində baş verən yanğın olmuşdu.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə