İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

05-02-2018 / 16:46

Bir müddət öncə məlumat verdiyimiz kimi, Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub.

Lakin bu təyinatlar rəsmi olaraq təsdiqlənməmişdi.

Xeberler.az bildirir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin I müavini və müavini vəzifələrinə təyinat olub. 

Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən Əli İzzət oğlu Abdullayev nazirin I müavini, Elmir Tofiq oğlu Vəlizadə isə nazir müavini təyin ediliblər. 

İndiyə qədər nazir müavini olan İltimas Məmmədov isə tutduğu vəzifədən azad edilib. Onun yerinə təyinat olmayıb. 

Xatırladaq ki, dövlət başçısının 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.