imdb.com saytının istifadəçiləri filmlərə pulsuz baxa bilərlər

18-09-2008 / 10:46
Amazon onlayn xidmətinə məxsus imdb.com saytı öz istifadəçilərinə film və televiziya şoularına pulsuz baxma imkanı verəcək. Reuters agentliyinin məlumatına görə, resurs 6000 adda film, klassik kino lentlər və seriallardan epizodlar təklif edəcək. Bundan başqa sayt televiziyada hələ efirə çıxmamış yeni seriallardan epizodlar da təqdim edəcək.
Amazon şirkəti son zamanlar rəqəmsal mediada öz payını artırmaq üçün daha çox güc sərf edir. Xəbər verdiyimiz kimi, ötən həftə şirkət Amazon Video on Demand  adlı yeni onlayn videoxidmət təqdim etmişdi.
Sentyabrın əvvəlində isə istifadəçilərə səsyazma leyblları, ifaçılar və musiqi əsərləri haqqındakı  informasiyaları redaktə etmək və tamamlamaq imkanı verən SoundUnwound adlı sayt açmışdı.
Cari ilin iyul ayında  Amazon xəbər verib ki, film, tele-şou və seriallarla ticarət etmək niyyətindədir. Amazon Video on Demand onlayn xidmətini də məhz bu məqsədlə açmışdır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə