İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015 / 21:18

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.

TQDK-dan Xeberler.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində mərkəzləşdirilmiş qaydada təşkil olunub.

İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir balla qiymətləndirilir və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Ümumi balı 16-dan, hər bin fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.

İmtahan nəticələri iyulun 3-də saat 18:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 12942 abituriyentdən 1734 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11208 abituriyentdən 15 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 6984 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

 

Xeberler.az

 
 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.