İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

04-09-2015 / 14:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

TQDK-dan verilən açıqlamada bildirilir ki, qəbul olmuş abituriyentlər 7 sentyabr 2015-ci il tarixindən 10 sentyabr 2015-ci il tarixi saat 17.00-dək qəbul olduqları təhsil müəssisəsində müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentin qeydiyyatdan keçməməsi bu ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə