İnbox poçt xidmətinin fəaliyyəti dayandırılır

13-09-2018 / 14:30

ABŞ-ın Google şirkəti “Inbox” poçt xidmətinin fəaliyyətini dayandırmaq və diqqəti yalnız “Gmail” üzərində cəmləməyə dair qərar qəbul edib. Bu haqda informasiya şirkətin rəsmi bloqunda dərc edilib.
 
Xeberler.az  ICTnews Elektron Xəbər Xidmətinə istiandən bildirir ki,  2014-cü ildən “Gmail” poçt xidmətinin əsasında işləyən sözügedən xidmət istifadəçilərə məktublarla işləmək üçün unikal yanaşma təklif edirdi. İndi həmin funksiyaların bir hissəsi “Gmail”də tətbiq ediləcək. “Inbox” xidməti artıq 2019-cu ilin martından istifadəçilər üçün əlçatan olmayacaq.
 
Məlumata görə, proqram bütün mağazalardan tamamilə silinəcək, onu istənilən elektron qurğuda istifadə etmək qeyri-mümkün olacaq. Həmçinin proqramın API-si əlçatmaz olacaq.
 
Məlumat üçün bildirək ki, 24 avqustda “Google” şirkəti “Gmail” elektron poçt xidmətində avtomatik silinən məktublar funksiyasını istifadəyə verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə