İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019 / 17:13

Aprelin 17-də Bakıda Regional Rabitə Birliyi (RRB) və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib.

Xeberler.az  bildirir ki, İşçi Qrupu RRB-nin Rabitə Administrasiyaları rəhbərləri Şurasının kollegial işçi orqanıdır. İşçi Qrupu RRB-yə üzv dövlətlərdə informasiya cəmiyyətinin inkişaf üzrə fəaliyyət məqsədlərinə xidmət edir və həmin ölkələrin nazir müavinlərindən aşağı olmayan səviyyədə təmsilçilik təmin olunur.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İnformasiya Cəmiyyəti mövzusunda Yüksək Səviyyəli Ümumdünya Sammiti üzrə İşçi Qrupunun sədri Minkin Vladimir Markoviç, İnformasiya texnologiyaları iqtisadiyyatı üzrə RRB Komissiyasının sədri Dadaməhəmmədov Rüstəm Abduqapparoviç, RRB-nin İcra Komitəsinin, eləcə də MDB İcraiyyə Komitəsinin, Rusiya Federasiyasının Rabitə Administrasiyasının nümayəndələri spiker qismində çıxış ediblər.

İclasda 2019-2025-ci illər üçün İşçi Qrupunun fəaliyyət istiqamətləri və prioritetləri, RRB-yə üzv ölkələrdə rəqəmli inkişaf, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün üzv ölkələrin əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, rəqəmli iqtisadiyyat proqramlarının həyata keçirilməsində rabitə operatorlarının rolu və vəzifələri istiqamətində də fikir mübadiləsi aparılıb.

Həmçinin 2030-cu ilədək MDB ölkələrinin İqtisadi İnkişaf Strategiyası layihəsinin hazırlanması, “Rəqəmsal inkişaf sahəsində MDB-yə üzv dövlətlərin əməkdaşlıq konsepsiyası” layihəsinin və onun icrası üçün prioritet tədbirlər planının həyata keçirilməsi, “İnternet idarəetməsi sahəsində RRB üzvlərinin əməkdaşlığının genişləndirilməsi”, “RRB işçi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzuları da müzakirə predmeti olub.

Müzakirələrin sonunda müvafiq qərarlar qəbul edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.