İnformasiya hamı üçün Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib

28-02-2019 / 15:43

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin ilk iclası keçirilib.

Xeberler.az  bildirir ki, iclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən IFAP-ın Azərbaycan Komitəsinin sədri, NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov IFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək, onun həyata keçirilməsi üzrə 2018-ci ildə görülmüş işlər və qarşıda duran tədbirlər haqqında məlumat verib.

O bildirib ki, “İnformasiya hamı üçün” Proqramı YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramıdır. IFAP-in əsas məqsədi üzv ölkələrdə informasiyaya çıxışı təkmilləşdirməkdən ibarətdir. Ümumilikdə 59 ölkədə IFAP Milli Komitəsi fəaliyyət göstərir. Proqram 6 prioritet sahəni – “İnformasiyaya çıxış” (“Information access”), “İnkişaf üçün informasiya” (Information for development”), “İnformasiya etikası” (“Information ethics”), “İnformasiya savadlılığı” (“Information literacy”), “İnformasiyanın qorunması” (“Information preservation”), “Kiberməkanda çoxdillilik” (“Multilingualism in Cyberspace”) məsələlərini özündə birləşdirir.

Rəşad Əzizov qeyd edib ki, Azərbaycanda IFAP Milli Komitəsi 2008-ci ildən fəaliyyət göstərir. 2018-ci ildən isə IFAP-ın Azərbaycan Komitəsinin NRYTN-nin tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri tərəfindən 11 sentyabr 2018-ci il tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yanında YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu il tarixində isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019- 2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. İclasın gedişində sözügedən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin müzakirəsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə