“İnformasiya təhlükəsizliyi” jurnalının ikinci sayı çapdan çıxıb

04-11-2015 / 21:29

“İnformasiya təhlükəsizliyi” elmi-metodiki jurnalının ikinci nömrəsi çapdan çıxıb.

Xeberler.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən təsis edilən jurnalın ikinci nömrəsi Agentliyin rəisi, general-leytenant Mürsəl Vəliyevin müsahibəsi ilə başlayır.

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti çoxşaxəlidir” sərlövhəli müsahibədə Dövlət Agentliyinin yaranma tarixi, əsas vəzifələri, bu qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar barədə məlumat verilib.

Jurnalda oxuculara təqdim olunan “Alternativ media sahəsində normativ hüquqi tənzimləmə məsələləri” sərlövhəli məqalədə KİV-lərin mahiyyəti və günümüzdəki vəziyyəti, alternativ media vasitəsilə informasiya mübadiləsinin həyatımıza təsir edən amilləri, bu sahəni tənzimləyən normativ hüquqi mühit araşdırılıb, bir sıra kritik problemlər indentifikasiya edilib, onların həlli istiqamətində təkliflər verilib.

Nəşrdə, həmçinin “Dövlət sirlərinin mühafizəsi üzrə idarələrarası orqanların dövlət sirlərinin mühafizəsi sistemində yeri və rolu” sərlövhəli məqalədə dövlət sirlərinin mühafizəsi üzrə idarələrarası orqanların yaradılmasını şərtləndirən səbəblər, bu qurumların dövlət sirlərinin mühafizəsi sistemində yeri və rolu məsələləri beynəlxalq praktika əsasında nəzərdən keçirilib.

Jurnalda digər maraqlı yazılardan biri də “Böhran vəziyyətlərində dövlət informasiya resurslarının təhlükəsizlik problemləri”dir. Bu məqalədə böhran vəziyyətlərində dövlət informasiya resurslarının təhlükəsizliyinin idarə olunması problemləri, bu sahədə beynəlxalq standartlar, inkişaf etmiş dövlətlərin təcrübəsi araşdırılıb, fundamental elmi tədqiqatlara diqqət yetirilib.

“İnformasiya təhlükəsizliyi” jurnalının ikinci nömrəsində, həmçinin “İnternet istifadəçiləri üçün təhlükəsizlik qaydaları”, “İnformasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı”, “Korporativ şəbəkədə təhlükəsizlik”, “FAT fayl sistemində “Autorun” viruslarına qarşı mübarizə”, “Bakı-2015” birinci Avropa Oyunlarının təşkili və nümayişində informasiya texnologiyalarının rolu”, “cert.gov.az xidmətlərini genişləndirir” sərlövhəli məqalələr də yer alıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.