İnformasiya Texnologiyaları İnstitutunda nöqsanlar aşkarlanıb

24-07-2017 / 13:57

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna 2015-2016-cı illərdə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Xeberler.az bildirir ki, bu barədə Palata məlumat yayıb.

Məlumata görə, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.

Audit tədbiri Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu üzrə ümumilikdə 10 377,9 min manat məbləğində vəsaiti əhatə edib.

İnformasiya Texnologiyaları İnstitutu tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri və büdcədənkənar daxilolmalar üzrə proqnozlar tərtib edilərkən “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməyərək İnstitutun maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb və nəticədə xərclər smetasının bəzi xərc maddələri üzrə icra aşağı olub və eləcə də xərc maddələri üzrə çoxsaylı dürüstləşmələr aparılıb. Büdcədənkənar vəsaitlərin əsasən informatika fənnindən təşkil olunmuş kurslarda iştirak etmiş doktorant və dissertantların təhsil haqlarından və fərdi kompüter kurslarından daxilolmalardan formalaşdırılması nəzərdə tutulsa da, 2015-2016-cı illərdə bu mənbədən nəzərdə tutulmuş məbləğin müvafiq olaraq 50,2% və 60,4%-i qədər vəsait daxil olub.

İnstitut tərəfindən dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb-saytlar hazırlanmasına baxmayaraq Milli Elmlər Akademiyasının müxtəlif elm bölmələrinin və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatların veb-saytlarının yaradılması üçün müxtəlif təşkilatlara vəsait ödənilməklə səmərəsiz xərcə yol verilib, ötən ilin aprel-noyabr ayları ərzində alınmış 1 illik lisenziyalı proqram təminatından 43,0%-i istifadə edilməyib, satınalma müqaviləsində nəzərdə tutulmuş malların markası dəyişdirilməklə alınması hesabına artıq xərcə yol verilib, 2013-2014-cü illərdə alınmış informasiya telekommunikasiya avadanlıqları hal-hazıradək istifadə edilməyərək saxlanılıb.

İnformasiya Texnologiyaları İnstitutunun mühasibatlığı tərəfindən audit olunan dövr ərzində maliyyə hesabatları bəzi hallarda uçotun təşkili və aparılmasına dair təlimatın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Hesablama Palatasının kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti Milli Elmlər Akademiyasına və Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə