İnformasiya Texnologiyaları İnstitutunda yeni təyinat olub

28-01-2016 / 12:46

Texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

Xeberler.az-ın məlumatına görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin dünənki iclasında qəbul olunub.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Nizamnaməsi yeni tələblərə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, institutun strukturu Nizamnamənin tələblərinə uyğunlaşdırılıb.

Yeni Nizamnamədə baş mühəndis vəzifəsi texnologiyalar üzrə direktor müavini adlandırılıb.

Rəşid Ələkbərov İnformasiya Texnologiyaları İnstitutu yaradılandan bu günədək institutun baş mühəndisi kimi yeni texnologiyaların mənimsənilməsi və tətbiqi işlərinə bilavasitə rəhbərlik edib, bu sahədə zəngin təcrübəyə malikdir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə