İnformasiya Texnologiyalarının İnkişafı Fondu qrant müsabiqəsi elan edib

07-03-2014 / 10:46
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

Birinci qrant müsabiqəsinin
 
 ELANI

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə” ilə müəyyən edilmiş innovativ və tətbiqi elmi-texniki İKT layihələrinin aşağıdakı prioritet istiqamətləri üzrə müsabiqə elan edir:

1. Mütərəqqi proqram təminatının hazırlanması;

2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

 Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

 Müsabiqəyə təqdim olan layihələrə dair tələblər:

1. Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;
2. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının 3. İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır;
4. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;
5. Layihə rəhbəri  müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.
 

Layihələrin qəbul qaydaları:

Layihələr kağız və yaxud elektron formatda qəbul edilir:

- Kağız formatında qəbul edilən layihələr aşağıdakı qaydada təqdim olunur:

1.Layihəyə aid sənədlər və materiallar Azərbaycan dilində (zəruri hallarda xarici ekspertlərdən rəylərin alınması üçün İngilis dilində) A4 formatlı ağ kağızda 2 (iki) nüsxə;

2.elektron məlumat daşıyıcılarına yazılmış versiyası 1 nüsxə.

- Elektron formatda qəbul edilən layihələr aşağıdakı qaydalardan birindən istifadə etməklə təqdim olunur:

1. Layihə rəhbəri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edərək  layihəyə aid sənədlərin və materialların elektron variantını Fondun elektron poçt ünvanına göndərməklə;

2. Fondun rəsmi internet səhifəsində yerləşdirilmiş e-qrant sistemindən istifadə etməklə.

 Tələb olunan sənədlər:

1. Layihə rəhbəri tərəfindən təqdim olunan ərizə;
2. Kütləvi informasiya vasitələrində yerləşdirmək üçün hazırlanmış layihə haqqında ümumi məlumat vərəqi;
3. Layihənin məzmunu və əsaslandırılması;
4. Layihə rəhbəri, hər bir icraçı və qurum haqqında məlumat;
5. Xərclər maddələrini dəqiq göstərməklə layihənin smeta dəyərinin hesablanması;
6. Layihənin biznes planı;
7. Layihə rəhbərinin şəxsiyyət vəsiqəsinin sürəti;
8. Hüquqi və fiziki şəxsin (layihə rəhbərinin) VÖEN-nin sürəti (Müşahidə Şurası tərəfindən layihənin maliyyələşdirilməsinə dair qərar qəbul edildikdən sonra).
Fonda təqdim olunmuş sənədlər və materiallar geri qaytarılmır.

 Qiymətləndirmə meyarları:
1. Layihənin məqsəd və  vəzifəsinin aydınlığı;
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;
3. Layihənin kommersiyalaşdırılma potensialı;
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı;
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;
9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi;
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
 
Müsabiqəyə təqdim olunmuş layihələrin maliyyələşdirilməsi:
Müsabiqənin nəticələrinə uyğun olaraq maliyyələşdirilməsi haqqında qərar verilmiş layihələr mərhələli şəkildə və aşağıdakı hədlərdə qrant vəsaiti almaq imkanına malikdirlər:

1. 10 000 manatdan 100 000 manatadək – kiçikhəcmli qrantlar;
2. 100 001 manatdan 200 000 manatadək – ortahəcmli qrantlar;
3. 200 001 manatdan 300 000 manatadək – böyükhəcmli qrantlar.
 
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 2 aprel 2014-cü il tarixindən başlayır və 2 may 2014-cü il tarixində başa çatır.
 
Layihələrin qəbulu üçün son tarix: 2 may 2014-cü il, saat 18:00

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə