İnformatik.az saytına hücum olub

29-08-2015 / 12:13

İnformatika fənninə aid resursların cəmləşdiyi informatik.az saytına daxil olmaq mümkün deyil. 

Xeberler.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda sayta giriş məhdudlaşdırılıb.

Saytın rəhbəri Naidə İsayevanın Xeberler.az-a verdiyi məlumata görə, serverə güclü hücum olub.

“Mən idi serverin rəhbərliyi ilə əlaqə saxlamağa çalışıram. Ümid edirik ki, tez bir zamanda problem aradan qaldırılacaq”.

Qeyd edək ki, informatik.az saytında sırf informatika fənninə aid resurslar, dərsliklərin elektron versiyası, proqramlar, məktəblilər arasında keçirilən Google SketchUp və ALPLogo yarışmasının nəticələri yerləşdirilir.

 

Ruhəngiz Muradova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə