İnformatika müəllimi qalib olub

03-04-2019 / 14:02

Bakı şəhəri 10 nömrəli tam orta məktəbin informatika müəllimi Bulul Nəsirova #PolyChallenge-in Azərbaycandakı 2-ci müsabiqəsinin qalibi olub.

Xeberler.az  bildirir ki, Təhsil Nazirliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən #PolyChallenge-in Azərbaycandakı 2-ci müsabiqəsinin qalibi B.Nəsirova hədiyyə ilə təltif olunub.

Qeyd edək ki, aprelin 1-dən #PolyChallenge-in 3-cü müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən müəllim və şagirdlər müsabiqənin rəsmi saytından
(www.polychallenge.org/azerbaijan-prize-az) ətraflı məlumat əldə edə bilərlər. Onu da qeyd edək ki, müsabiqə aprelin 15-nə qədər davam edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə