İnformatika müəllimləri üçün növbəti seminar

07-12-2017 / 11:01

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin İnformatika müəllimləri üçün növbəti seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, “Alqoritmləşmə və proqramlaşdırmanın aktual problemləri” mövzusunda seminar Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Addım” layihəsi çərçivəsində təşkil edilib.

Seminarın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarının artırılmasına, yeni texnologiyalarla tanış olmalarına və dərsləri daha peşəkar təşkil etməsinə kömək göstərməkdən ibarətdir. 

3 gün davam edən seminarda müzakirəni TDM-in metodisti Abdulla Qəhrəmanov aparıb.

Alqoritmləşmə və proqramlaşdırmaya dair seminarların növbəti aylarda da keçirilməsi planlaşdırılır.  

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.