“İnformatika təhsili” mövzusu müzakirə ediləcək

02-12-2016 / 10:16

Bakutel-2016 Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində, Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə bu gün “İnformatika təhsili” mövzusunda 3-cü açıq panel müzakirəsi keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, paneldə həm yerli, həm də xarici mütəxəssislər iştirak edəcək. 

Xarici çıxışçılar biri İOİ Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Prof.Dr.Krasimir Manevdir.

Panelçilər müxtəlif təhsil səviyyələrində informatika tədrisinin strateji və praktik problemləri, beynəlxalq yarışların xüsusi rolu, informatika təhsili və informasiya texnologiyaları sənayesi arasında qarşılıqlı əlaqə müzakirə olunacaq, auditoriya ilə fikir mübadiləsi aparılacaq.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə