İngilis dilini öyrədən mobil tətbiqlər

19-11-2015 / 10:21

İllərdir ki, milyonlarca insan müxtəlif  dilləri  öyrənmək üçün  kurslara  çoxlu pul xərcləyir. Lakin texnologiyaların inkişaf etdiyi, sürətlə həyatımıza nüfuz etdiyi dövrdə  kursa getmədən ingilis dilini müxtəlif proqramların köməyi ilə  öyrənmək mümkündür.

Xeberler.az bu dəfə ingilis dilini öyrədən ən yaxşı mobil tətbiqləri təqdim edir.

Duolingo

Ən populyar dil öyrənmə tətbiqlərindən biri olan Duolingo proqramı sizə ingilis dilini daha yaxşı öyrənməyinizə kömək edəcək. Android telefonlarda daha məşhur olan bu proqram iOS əməliyyat sistemində də mövcuddur.

 

Voscreen

 

İngilis dilini fərqli üsullarla öyrənməyin yollarından biri Voscreen-dir. Qeyd edək ki, bu tətbiqdə filmlərdən olan hissələr ilə ingilis dilini öyrənmə imkanı yaradılıb. Proqram iOS və Android-də  mövcuddur.

Busuu        

    

Köhnə və uğurlu dil öyrənmə tətbiqi olan Busuu Android və iOS cihazlarınız üçün yükləyə biləcəyiniz ən yaxşı proqramlardan biridir.

Bir hissəsi ödənişli olan proqram istifadəçiləri tərəfindən bəyənilir.

 

Mondly

 

Oyun oynayarkən ingilis dilini öyrənmək  istəyənlər, Mondly proqramından faydalana bilər.  Bu mobil tətbiq vasitəsilə darıxmadan ingilis dilini öyrənmək mümkündür.

 

AzerDict

 

Bu proqram vasitəsilə ingilis dilindəki  bilmədiyiniz sözlərin izahını  öyrənə bilirsiniz.

Tətbiqdəki ingilis və Azərbaycan dilində olan lüğət oflayn olaraq xidmət göstərir. 

 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə