INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018 / 17:29

Estoniya hökumətinin təşəbbüsü ilə yaradılmış Startap Estonia və “Garage 48” Akselerasiya Mərkəzinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Xeberler.az  bildirir ki, qonaqlara mərkəzdə fəaliyyət göstərən Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzinin fəaliyyəti, həmçinin mərkəzin rezidenti olan startaplarla bağlı ətraflı məlumat verilib.

Daha sonra tərəflər arasında əməkdaşlıq memorandumları imzalanıb. Əməkdaşlıq memorandumları yerli texnologiya startapları üçün sahibkarlığa dəstək ekosisteminin və tərəflər üçün müvafiq regionda investor imkanlarının yaradılmasını, inkişaf etdirilməsini, inkubasiya və akselerasiya proqramlarının effektiv mübadiləsini, yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılmasını və bu kimi digər qarşılıqlı razılaşdırılmış tədbirlərin görülməsini özündə ehtiva edir.

“Startap Estonia” Mərkəzi ilə imzalanmış memorandum çərçivəsində əldə olunmuş razılığa əsasən, “Startap Estoniya Vizası” proqramına daxil olmuş regional müraciətlərin ilkin qiymətləndirilməsi Azərbaycanda həyata keçiriləcək. Belə ki, Rusiya, Gürcüstan, Monqolustan, İran, Əfqanıstan kimi regional ölkələrdən müvafiq proqrama müraciət edəcək startaplar ilkin olaraq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən qiymətləndiriləcək.

Yalnız ilkin mərhələni uğurla başa vurmuş startaplar proqramın növbəti mərhələsinə keçid ala biləcək. Bu isə ölkəmizə regional startapçıların və layihələrin cəlb edilməsində, startap ekosisteminin uğur potensialının artırılmasında böyük rol oynayacaq. “Startap Estoniya Vizası” proqramı 2017-ci ildə Estoniya Startap Komitəsi və Estoniyanın Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü ilə yaradılıb. Proqramın əsas məqsədi Avropa Birliyinə daxil olmayan ölkələrdə fəaliyyət göstərən uğurlu startapçıların və layihələrin Estoniyaya gəlməsini asanlaşdırmaqdır. Belə ki, “Startap Estoniya Vizası” proqramına müraciət etmiş və uğurlu hesab edilmiş startapçılara xüsusi kod verilir ki, bu kod vasitəsilə müraciətçi və onun komanda yoldaşları Estoniyada 5 ilə qədər yaşama icazəsi ala bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.