İnnovasiyalar həftəsi olacaq

26-10-2018 / 10:24

İnnovasiyalar həftəsi çərçivəsində tədbirlər başlayır.

Xeberler,az  bildirir ki, Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli media nümayəndələri ilə görüş zamanı keçirəcək tədbirlər haqqında məlumat verib. O bildirib ki, oktyabrın 26-dan 30-dək keçiriləcək tədbirlərin əsas məqsədi innovativ layihələri, prosesləri dəstəkləmək və bu məsələləri gündəmə gətirməklə ictimaiyyətin diqqətini bu istiqamətə yönəltməkdir: “Ölkəmizin bütün regionlarında keçirilən “İdeyadan Biznesə” startap turunun finalı “İnnovasiyalar həftəsi” çərçivəsində baş tutacaq. Həmçinin, İnnovasiya Yol Xəritəsi layihəsinin təqdimatı keçiriləcək”.

Görüşdə"İnformasoya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi"nin direktoru Rauf Cabarov, "Keepface" platformasının Emin Vəli, Azərbaycan Kiber İdman Federasiyanın drektoru Tural Kərimli və "Azİntelecom" MMC-nin departament rəhbəri Ruslan Əliyev də çıxış edərək "İnnovasiyalar həftəsi " çərçivəsində keçirəcəyi tədbirlər haqqında məlumat veriblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə