İnnovasiyalar Mərkəzi proqramçı axtarır- Tələblər

18-01-2018 / 11:36

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi MMC  yeni vakansiyalar elan edib.

Xeberler.az bildirir ki, vakansiyalar arasında İT sahələr də yer alıb.

Belə ki, qurum proqramçı və İT mütəxəssis axtarır.

Elanları təqdim edirik:

Veb proqramçı (FrontEnd)

Tələblər

Təhsil: ali

Təcrübə: 1 ildən yuxarı

Dil: İngilis – B2 səviyyə, Rus – A2 səviyyə

Funksiyalar

  • Tapşırıq üzrə veb səhifələri hazırlayır;
  • Veb səhifələrə aid veb servisləri qoşur;
  • Mövcud sistemlərdə sahəsi üzrə dəyişiklikləri həyata keçirir;
  • Görülmüş işlərin reqlament üzrə arxivləşməsini həyata keçirir;
  • Texniki sənədləşmənin standartlara uyğun hazırlanmasında iştirak edir;

Bilik və bacarıqlar

Təşkilatçılıq II səviyyə

 

Mürəkkəb vəziyyətlərdə vaxtın idarə edilməsi;

Dəyişən mühitdə tapşırıqların həyata keçirilməsini prioritetləşdirmək bacarığı;

Funksiyaların və mürəkkəb tapşırıqların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi;

Qurumda proseslərin daha yaxşı təşkil edilməsi üçün təkliflər vermək.

 

Ünsiyyət II səviyyə

 

Həm ictimaiyyət qarşısında, həm də iş yoldaşları ilə aydın şəkildə danışaraq özünü ifadə edə bilmək;

Qrup müzakirələri, yaxud iclaslarda konstruktiv şəkildə iştirak edə bilmək, və ya onlara rəhbərlik etmək;

Müxtəlif insanlarla müxtəlif situasiyalarda fərqli ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

 

Təhlil II səviyyə

 

Problemi müəyyən etmək və onun həlli üçün lazım olan məlumatı müxtəlif mənbələrdən toplamaq;

Situasiyanın (problemin, tapşırığın və s.) növündən asılı olaraq təhlil metodunun seçilməsi;

Həll edilməli olan problem/tapşırığın həlli üçün irəli sürülən ideya, yaxud üsulu mümkün nəticələri nəzərə almaqla məntiqli şəkildə izad edə bilmək. 

 

Peşəkar bilik və bacarıqlar II səviyyə (I səviyyə də ola bilər)

 

Funksiyaların həyata keçirilməsi və mürəkkəb tapşırıqların həlli üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Proqramlaşdırma dilləri (PHP Laravel, Python, HTML, CSS, JavaScript, Angular JS, GİT), Veb səhifələrin formalaşdırılması üzrə iş bacarığı);

Gündəlik funksiyaları yerinə yetirmək və mürəkkəb problemləri həll etmək üçün lazım olan bilik və bacarıqların olması;

Yerinə yetirilən funksiyalar sahəsində qabaqcıl təcrübə, xəbərlər və trendlərlə maraqlanmaq.

 

Proqramçı (BackEnd)

Tələblər

Təhsil:  ali

Təcrübə: 1 ildən yuxarı

Dil: İngilis – B2 səviyyə, Rus – A2 səviyyə

Funksiyalar

  • Tapşırıq üzrə proqram modullarını hazırlayır;
  • Mövcud sistemlərdə sahəsi üzrə dəyişiklikləri həyata keçirir;
  • Görülmüş işlərin reqlament üzrə arxivləşməsini həyata keçirir;
  • Texniki sənədləşmənin standartlara uyğun hazırlanmasında iştirak edir;

 

Bilik və bacarıqlar

Təşkilatçılıq II səviyyə

 

Mürəkkəb vəziyyətlərdə vaxtın idarə edilməsi;

Dəyişən mühitdə tapşırıqların həyata keçirilməsini prioritetləşdirmək bacarığı;

Funksiyaların və mürəkkəb tapşırıqların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi;

Qurumda proseslərin daha yaxşı təşkil edilməsi üçün təkliflər vermək.

 

Ünsiyyət II səviyyə

 

Həm ictimaiyyət qarşısında, həm də iş yoldaşları ilə aydın şəkildə danışaraq özünü ifadə edə bilmək;

Qrup müzakirələri, yaxud iclaslarda konstruktiv şəkildə iştirak edə bilmək, və ya onlara rəhbərlik etmək;

Müxtəlif insanlarla müxtəlif situasiyalarda fərqli ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

 

Təhlil II səviyyə

 

Problemi müəyyən etmək və onun həlli üçün lazım olan məlumatı müxtəlif mənbələrdən toplamaq;

Situasiyanın (problemin, tapşırığın və s.) növündən asılı olaraq təhlil metodunun seçilməsi;

Həll edilməli olan problem/tapşırığın həlli üçün irəli sürülən ideya, yaxud üsulu mümkün nəticələri nəzərə almaqla məntiqli şəkildə izad edə bilmək. 

 

Peşəkar bilik və bacarıqlar II səviyyə (I səviyyə də ola bilər)

 

Funksiyaların həyata keçirilməsi və mürəkkəb tapşırıqların həlli üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Veb servislərin yazılması üzrə iş bacarığı,Proqramlaşdırma dilləri : Java, Python, HTML, CSS, JavaScript, Angular JS, GİT);

Gündəlik funksiyaları yerinə yetirmək və mürəkkəb problemləri həll etmək üçün lazım olan bilik və bacarıqların olması;

Yerinə yetirilən funksiyalar sahəsində qabaqcıl təcrübə, xəbərlər və trendlərlə maraqlanmaq.

 

Bölmə müdiri – Verilənlər bazalarının idarəedilməsi bölməsi

Tələblər

Təhsil:  ali

Təcrübə:  3 ildən yuxarı

Dil: İngilis –  B2 səviyyə , Rus – B2 səviyyə

Funksiyalar

  • Birbaşa tabeçiliyində olan işçilərin işini planlaşdırır, təşkil edir və onların işinə nəzarəti həyata keçirir;
  • Bölmənin fəaliyyətini planlaşdırır, təkliflər hazırlayır və təqdim edir;
  • Layihələr üzrə işləri planlaşdırır və icrasını təmin edir;
  • Bölmənin fəaliyyətinə dair qərarlar qəbul edir;
  • Bölmənin funksiya və vəzifələrinin həyata keçirilməsinə rəhbərlik edir, yaxud onların icrasında iştirak edir;
  • Bölmənin fəaliyyət istiqamətlərinə uyğun məsələlər barəsində məsləhət verir;
  • Sahəsi üzrə İKT-nin təşkili və təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və sənədlər hazırlayır;
  • Mövcud və yeni yaradılan siyasət və tənzimləyici sənədlərin tələblərinə cavab verən prosedur və standartları hazırlayır;

Bilik və bacarıqlar

Təşkilatçılıq I səviyyə

Mürəkkəb və qeyri-adi vəziyyətlərdə vaxtın idarə edilməsi;

Dəyişən mühitdə tapşırıqların həyata keçirilməsini prioritetləşdirmək bacarığı;

Funksiyaların və mürəkkəb tapşırıqların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi;

Qurumda proseslərin təşkil edilməsi işinin təkmilləşdirilməsi.

 

Ünsiyyət II səviyyə

Həm ictimaiyyət qarşısında, həm də iş yoldaşları ilə aydın şəkildə danışaraq özünü ifadə edə bilmək;

Qrup müzakirələri, yaxud iclaslarda konstruktiv şəkildə iştirak edə bilmək, və ya onlara rəhbərlik etmək;

Müxtəlif insanlarla müxtəlif situasiyalarda fərqli ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

 

Təhlil II səviyyə

Problemi müəyyən etmək və onun həlli üçün lazım olan məlumatı müxtəlif mənbələrdən toplamaq;

Situasiyanın (problemin, tapşırığın və s.) növündən asılı olaraq təhlil metodunun seçilməsi;

Həll edilməli olan problem/tapşırığın həlli üçün irəli sürülən ideya, yaxud üsulu mümkün nəticələri nəzərə almaqla məntiqli şəkildə izah edə bilmək. 

 

İdarəetmə və liderlik III səviyyə

Komanda/bölmə əməkdaşları üçün prioritet və məqsədlərin müəyyən edilməsi;

Nəticələrə nail olmaq üçün komanda/bölmə əməkdaşlarını həvəsləndirmək və səfərbər etmək;

Komanda üzvlərinin, bölmə əməkdaşlarının işinin səmərəli təşkili.

 

Peşəkar bilik və bacarıqlar I səviyyə

Gündəlik funksiyaların həyata keçirilməsi, mürəkkəb tapşırıqların həlli və qeyri-adi situasiyaların idarə edilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Verilənlər Bazasının İdarəetmə Sistemləri ilə iş bacarığı (Oracle, MS SQL, PostgreSQL, MySQ, MongoDB, ITIL v3 Foundation bilikləri);

Mürəkkəb problemləri və qeyri-adi situasiyaları həll etmək üçün lazım olan bilik və bacarıqların olması;

Yerinə yetirlən funksiyalar sahəsində qabaqcıl təcrübə, xəbərlər və trendlərlə maraqlanmaq.

 

Namizədlər CV-lərini info@icenter.az ünvanına göndərməlidir.

 Günel

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.