“İnnovasiyaların İxracı Konsorsiumu”nun iclası keçirilib

15-12-2017 / 15:49

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş “Ümumi Yığıncağ”ı keçirilib.

Xeberler.az-ın məlumatına görə, “Ümumi Yığıncaq”da cari ildə görülmüş işlərlə bağlı müzakirələr aparılıb.

Qısa müddət ərzində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən bir sıra ölkələrin yüksək ranqlı nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycanın innovativ məhsulları təqdim edilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Həmçinin bildirilib ki, Quba “ASAN həyat” Kompleksinin açılışı zamanı “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” Azərbaycan Respublikasının başçısı cənab İlham Əliyevə təqdim olunub, konsorsiumun yaradılma məqsədləri, fəaliyyət istiqamətləri, gələcək hədəfləriylə bağlı məlumat verilib.

Daha sonra 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı, əməkdaşlıqlar, görüləcək işlər, qurulacaq beynəlxalq nümayəndəliklər, hədəf ölkələr və hədəf ölkələrə uyğun ixrac potensialına malik xidmət və məhsullar müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasının və beynəlxalq bazarda təmsil olunmasının, bununla yanaşı qeyd olunan şirkətlərin İT məhsullarının satışını həyata keçirilməsini nəzərdə tutur.  

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə