İnsan beyninin fəaliyyətini əks etdirən neyrogüllər təqdim olunub

05-05-2015 / 21:04

San-Fransiskoda (ABŞ) keçirilən “Market Street Prototyping Festival”da insan beyninin fəaliyyətini əks etdirən interaktiv güllər təqdim olunub.

Günəş enerjisi ilə işləyən robotlaşdırılmış güllər insanın müxtəlif psixi vəziyyətlərini müəyyən etmək üçün neyrokontrollerdən istifadə edir. Əldə edilmiş informasiya robotlaşdırılmış gülləri açılmağa və rəngini dəyişdirməyə məcbur edir.

Xarici mətbuatın məlumatına əsasən, “NeuroFlowers” layihəsinin müəllifi Eşli Nyuton neyrogüllərin insanların öz beyninin fəaliyyətini “görməsi” üçün hazırlandığını bildirib.

Onun sözlərinə görə, insanların psixi vəziyyətlərinin viziuallaşdırılmasına imkan verən interaktiv güllər şəxsi reallığın yaradılmasına real nümunədir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə