İnsana oxşayan robot yaradılıb

03-08-2016 / 11:45

Yaponiyalı alimlər bədən hərəkətləri və üz ifadələrinə tam nəzarət edə bilən insanabənzər robot yaradıblar.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Alter adlı robot onun beyninin fəallığını imitasiya edən neyron şəbəkəsinə malikdir.

Robotun bədəninə insan beyninin neyron şəbəkəsini təqlid edən elektron sensorlar quraşdırılıb. Məhz həmin sensorlar əl hərəkətləri və mimikalara nəzarət edir ki, bunun sayəsində robot tamamilə insana bənzəyir.

Həmçinin mahnı oxuya bilən unikal robot geniş ictimaiyyətə avqustun 6-da Yaponiyanın Elmin İnkişafı və İnnovasiyalar Milli Muzeyində (Tokio) keçiriləcək sərgidə təqdim ediləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə