İnsanabənzər robot yaradılıb

31-01-2017 / 14:57

İnnopolis Universitetinin (Rusiyanın Tatarıstan Respublikası) koqnitiv robot texnikası sistemləri laboratoriyasının mütəxəssisləri emosional robot yaradıb.

Qaqarin adlandırılmış robot həmsöhbətinin emosiyalarını (məsələn, qəzəb, sevinc, qorxu, təəccüb, nifrət və qəm) tanıya və onları sərbəst şəkildə canlandıra bilir.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, rus dilində danışan robot predmetləri də tanıyır və müəyyən mövzularda söhbət edir.

İnsanabənzər robot həmsöhbətini eşitməsi və onunla ünsiyyət saxlaya bilməsi üçün mikrofon və səs gücləndiricilərlə təchiz edilib, gözlərinə videokameralar quraşdırılıb. O, emosiyaları sifətinin rezin dərisinin altında gizlədilmiş 30 mühərrikin köməyilə ifadə edir.

Robot hələ ki, qismən hazırdır. İnnopolis əməkdaşları hazırda tam robotu yığmağı planlaşdırırlar. Bunun üçün onlara ilkin hesablamalara görə, 50 min dollar vəsait lazım ola bilər.

İstehsalçılar emosional robotun insanları darıxdırıcı və adi işdən xilas edərək onlara daha yaradıcı peşələrlə məşğul olmaq imkanı verəcəyinə əmindirlər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə