İnsanın kosmosa ilk uçuşundan 57 il ötür

12-04-2018 / 12:41

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günü qeyd edilir.

Xeberler.az xatırladır ki, 1961-ci il aprelin 12-də kosmosa ilk uçuş həyata keçirilib. Kosmosu ilk fəth edən insan kimi isə Yuri Qaqarin tarixə düşüb.
 
Bu sahəyə xüsusi töhfə verən insanlar arasında azərbaycanlı Kərim Kərimovun adı da  çəkilir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun rolu böyükdür.  Təsadüfi deyil ki, ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov keçmiş SSRİ-nin ən yüksək ordeninə layiq görülüb.
 
Onu da qeyd edək ki, bu gün ölkədə kosmik sənayenin inkişafına diqqət artır.

Tarixə nəzərə salanda, Kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzinin yaradılması ilə başlayıb. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılması ilə ölkəmizdə yeni olan kosmik sənayenin əsası qoyulub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin avqust ayında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması ilə ölkəmizdə kosmik sənayenin inkişafının yeni mərhələsi başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Azərkosmos Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib.
 
Azərkosmos ASC-nin operatoru olduğu Azerspace-1 telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.

Ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində fəaliyyət davamlıdır. 2014-cü ildə  ölkəmiz üçün əlamətdar hadisələrdən biri də Azərbaycan və Fransa arasında strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın Azərkosmos tərəfindən təhvil alınması oldu.
 
Dövlət başçısının 17 oktyabr 2017-ci il tarıxlı Sərəncamına əsasən Nazirlər Kabinetinin tabeliyinə keçirilən Azərkosmos-un gələcək planlarına xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi, yeni müştərilərin cəlb olunması ilə yanaşı, 2018-ci il mayın 25-də orbitə buraxılması nəzərdə tutlulan Azerspace-2 vasitəsilə Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrində şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq və etibarlı xidmət göstərmək daxildir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.