Instagram-a yeni baş direktor təyin edilib

02-10-2018 / 14:42

Facebook-un İnkişaf departamentinin vitse-prezidenti Adam Mosseri Instagram-ın yeni direktoru təyin edilib. 

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, Adam Mosseri 2008-ci ildə Facebook-da dizayner kimi çalışmağa başlayıb, həmçinin o, sözügedən sosial şəbəkənin xəbər lentinə nəzarət edirdi. Son zamanlar isə Instagram üzərində işlərə məsul bölmələrdən birinin rəhbəri olub.

Məlumat üçün bildirək ki, Instagram sosial şəbəkəsinin yaradıcıları olan Kevin Sistrom və Mayk Kriqeri sentyabrın sonunda şirkətdən ayrılacaqlarını açıqlamışdılar. Onların gediş səbəbi bilinmir. Qeyd edək ki, Kevin Sistrom və Mayk Kriqer 2010-cu ildə Instagram foto xidmətini yaradıblar, 2012-ci ildə isə Facebook həmin xidməti 1 milyard dollara satın alıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.