Instagram-da aktiv istifadəçi sayı 600 milyonu keçdi

16-12-2016 / 10:50

Mobil paylaşım tətbiqləri arasında xüsusi bir yeri olan Instagram məhdud sayda fotoşəkil paylaşımıyla başladığı yolda 600 milyon aylıq aktiv istifadəçi sayını keçdi.

Xeberler.az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi açıqlamasında qeyd edilib.

Beləliklə, Facebook tərəfindən satın alındıqdan sonra daha sürətli böyüyən platforma yeni açıqladığı rəqəmlə nə qədər iddialı olduğunu bir daha diqqətə çatdırmış oldu.

Instagram bu uğura necə çatdı?

Xatırladaq ki, 2010-cu ilin oktyabrında  iPhone tətbiqini tanıdan Instagram, ilk 1 milyon istifadəçiyə elə həmin ilin dekabrında çatmışdı.

2011-ci ilin iyununda 5 milyon, sentyabr ayında isə 10 milyon istifadəçi  sayını keçmişdi.

Android tətbiqini 2012-ci ilin aprelində yayımlayan platformanın bir istifadəçi tapması 24 saat aldı və həmin vaxt  iPhone-da  Instagram istifadəçi sayı 30 milyon idi.

Facebook-un satınalma xəbəri də  2012-ci ilin aprelində açıqlanmışdı və Instagram-da istifadəçi sayı may ayında 50 milyona, 2013-cü ilin fevralında  100 milyona, 2014-ün martında 200 milyona, 2015-ci ilin sentyabrında isə 400 milyona çatmışdı.

500 milyon aylıq aktiv istifadəçi sayına bu ilin iyun ayında çatan şirkətin sonrakı 100 milyon aktiv istifadəçini qazanması 6 ay çəkdi.

Bununla da şirkət 2016-ci il bitmədən 600 milyon aylıq aktiv istifadəçi sayına çatdığını açıqladı.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.