Instagram-da aktiv istifadəçi sayı artıb

26-08-2015 / 12:11

Instagram-ın 1 il ərzində istifadəçilərinin sayı sürətli artıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, 2014-cü ilin sentyabrında sözügedən xidmətin istifadəçilərinin 49 faizi bu platformadan gündəlik istifadə edib. İndi bu göstərici 59 faizə yaxınlaşıb.

Instagram istifadəçilərinin 75 faizi həftədə bir neçə dəfə lentini yoxlayır.
 
Facebook-un auditoriyasının 70 faizi gündəlik sosial şəbəkədən istifadə edir və bu göstərici üzrə əvvəlki tək liderdir.
 
Sözügedən sosial şəbəkənin istifadəçilərinin 43 faizi gün ərzində bir neçə dəfə xəbər lentini yoxlayır. Bildirilir ki, Facebook-un gündəlik istifadəçilərinin ümumi payı 2014-cü ildən dəyişməz olaraq qalır.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.