Instagram-da da son görülmə tarixi göstəriləcək

19-01-2018 / 12:29

Məşhur Instagram tətbiqi yeni funksiyasını sınaqdan keçririr.

Belə ki, artıq istifadəçilərin sonuncu dəfə sosial şəbəkəyə qoşulduğu vaxt göstəriləcək. Yəni, Instagram dostlarınızın nə vaxt onlayn olduğunu izləyə biləcəksiniz.

Xeberler.az-ın məlumatına görə, şirkət artıq bunu iOS və Android istifadəçilərinə təqdim etməyə başlayıb.

Xoşbəxtlikdən, sosial şəbəkə  Instagram-a yalnız şəxsi mesajlar göndərdiyiniz və ya hekayələrinizə yazılmış insanlar üçün son görülmə tarixini göstərir.

Əgər istəsəniz, Instagram-da son görülmə tarixini bağlaya bilərsiniz.

Bunun üçün profil səhifəsinə daxil olub “Parametrlər” düyməsinə toxunun. Burada açılan “Profilini redaktə et” düyməsinin yanında bu funskiyanı tapa bilərsiniz.  Bu menyuda "Aktiv statusu göstər" adlı bir seçim görəcəksiniz.

Bu funksiyanı deaktiv etdikdə digər insanlar Instagram-da daxil olduğunuz zaman və ya hazırda onlayn olub-olmadığınızı görə bilməyəcək. Qeyd edək ki, bu halda da Siz də digər insanların son görülmə tarixlərini görməyəcəksiniz. 


Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə