Instagram-da ən çox paylaşılan şəhərlər-Siyahı

01-12-2017 / 11:20

7 il ərzində 800 milyon istifadəçiyə çatan Instagram-da bu il ən çox paylaşılan şəhərlərin adı açıqlanıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ilk sırada New York yer alıb.

Azərbaycanın adının olmadığı siyahıda Türkiyənin yalnız bir şəhəri ilk onluğa daxil ola bilib. Belə ki, İstanbul bu il istifadəçilərin ən çox paylaşdığı şəhərlər arasındadır.

Siyahıda London 2-ci sıradadır.

Hesabatda Rusiyanın 2 şəhərinin adı var. Belə ki, Moskova -cü sırada yer alıb.

Saint Petersburg isə 7-ci sırada qərarlaşıb.

4-cü sırada 12 milyon əhalisi ilə Braziliyanın və Cənubi Amerikanın ən böyük şəhəri Sao Paulo yer alıb.

5-ci sırada qeyri-adi şəhər planlaması və tarixi gözəllikləri ilə diqqət çəkən fransız şəhəri Paris var.

Hollywood-un yuvası da siyahıda yer alır. Belə ki, Los Angeles hesabatda 6-cı sıradadır.

 

Qərb turistlərin maraqlandığı İndoneziya şəhəri Jakarta ən paylaşılan şəhərlər arasında 8-cidir.

Siyahının 10-cu yerində isə ispan şəhəri Barselona yer alıb.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə