Instagram-da sorğular aparmaq mümkün olacaq

04-10-2017 / 13:08

Məşhur Instagram sosial şəbəkəsi yeniliklərin inkişafını və tətbiqini davam edərək iki cavab variantından ibarət kiçik sorğunun keçirilməsinə imkan verən Stories bölməsini yeniləyib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə məlumat verir ki, hazırda yenilənmədən bütün istifadəçilər yararlana bilməsə də, tezliklə onu hamı sınaqdan keçirmək imkanı əldə edəcək.

Məlumata görə, sorğu tarixçə ilə birlikdə bir gün sonra avtomatik silinir. Səsvermədə iştirak edən bütün istifadəçilər nəticələri real vaxt rejimində görə biləcək. Bundan başqa, sorğu yaradıcısı öz abunəçilərindən kimin hansı varianta səs verməsini izləmək imkanına malik olur.

İstifadəçi, həmçinin cavab variantları üçün rəng seçmək imkanından yararlana biləcək. Xüsusi “Eyedropper tool” aləti isə mətnin rəngini fona uyğun seçməyə kömək edəcək.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə