Instagram-da yenilik

23-05-2018 / 10:15

Instagram sosial şəbəkəsinə yeni "Mute" düyməsi əlavə olunub.

Xeberler.az bildirir ki, bu düymənin köməkliyi ilə hər hansı bir istifadəçinin paylaşımlarını onu dostluqdan silmədən gizlətmək mümkündür.

Bu barədə çərşənbə axşamı sosial şəbəkənin bloqunda məlumat yerləşdirilib.

Həmin funksiyanı aktiv etmək üçün foto və ya istifadəçinin profilinin yuxarı küncündəki "…" işarəsini sıxmaq lazımdır. Paylaşımları gizlədilən profil istifadəçisinin bundan xəbəri olmayacaq. Eyni üsulla həmin funksiyanı yenidən deaktiv etmək mümkündür.

Müəyyən istifadəçilərin paylaşımlarının müvəqqəti və ya birdəfəlik gizlədilməsi funksiyası Facebook və Twitter sosial şəbəkələrində də var. (Report)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.