Instagram-dan daha bir yenilik

26-10-2017 / 14:10

Instagram daha bir yenilik edib.

Xeberler.az xarici mediya istinadən məlumat verir ki, yeni funksiya translyasiyaya digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan verir.

Birgə efir zamanı adi efirdə olduğu kimi, tamaşaçılar şərhlər yazaraq bəyənə biləcəklər. Bundan başqa, translyasiya videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.

Bildirilir ki, birbaşa translyasiyaya daha bir istifadəçini əlavə etmək üçün sağ aşağı küncdəki yeni piktoqramın üzərinə basaraq “Add” (“Əlavə et”) funksiyasını seçmək tələb olunur. Yeni istifadəçi qoşulan zaman ekran hissələrə bölünməyə başlayacaq.

iOS və Android əməliyyat sistemli qurğular üçün Instagram əlavəsini App Store və Google Play mağazasından pulsuz yükləmək olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə